Modern.az

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

İdman

22 İyul 2023, 09:52

“Qarabağ” klubu yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

 

Modern.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb.

 

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.

 

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV