Modern.az

Ronaldo “Əl-Nəsr”lə müqaviləsini UZADIR

Ronaldo “Əl-Nəsr”lə müqaviləsini UZADIR

İdman

10 Oktyabr 2023, 08:20

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi X sosial şəbəkəsindəki səhifəsində bildirib.

 

Onun sözlərinə görə, Ronaldo qarşıdan gələn Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl istəyini klub rəhbərliyinə çatdırıb. Qeyd olunur ki, portuqaliyalı forvard DÇ-2026-da iştirak etmək üçün komanda ilə müqaviləsini uzatmaq istəyir, bundan sonra peşəkar karyerasını bitirmək niyyətindədir.

 

Portuqaliyalının “Əl Nəsr”lə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.

 

Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçib. O, komandanın heyətində 31 qol vurub və klub tarixində altıncı bombardirdir. Bu göstəricidə lider Səudiyyə Ərəbistanının hücumçusu Məhəmməd əl-Səhlavidir (123 qol). Ronaldo avqust ayında “Əl-Nasr” ilə ilk dəfə Ərəb Çempionlar Kubokunu qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV