Modern.az

Xabi Alonsodan "Qarabağ" açıqlaması: Onlar güclüdürlər

Xabi Alonsodan "Qarabağ" açıqlaması: Onlar güclüdürlər

İdman

27 Oktyabr 2023, 10:28

“Bakıda keçiriləcək oyunda da qələbə qazanmaq istəyirik, lakin bizim üçün çətin olacağını bilirik”.

 

Modern.az xəbər verir ki, bunu “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikdən sonra keçirilən mətbuat konfransında deyib.
 

Baş məşqçi Almaniyadakı qələbənin onlar üçün olduqca vacib olduğunu vurğulayıb.

 

“Bu qələbə bizim üçün çox vacib idi. Hesab sizi aldatmasın, “Qarabağ” güclü komandadır”.

 

Qeyd edək ki, komandalar noyabrın 9-da Bakıda üz-üzə gələcəklər.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?