Modern.az

İdmançımız Fransada finala çıxdı

İdmançımız Fransada finala çıxdı

İdman

4 Noyabr 2023, 18:44

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.

 

Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.

 

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir