Modern.az

Millimiz məğlub oldu

Millimiz məğlub oldu

İdman

7 Dekabr 2023, 13:10

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

 

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (19:25, 14:25, 17:25). Komanda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

 

Azərbaycan millisi dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə