Modern.az

Millimizin oyunlarına hakim təyinatları

Millimizin oyunlarına hakim təyinatları

İdman

18 Mart 2024, 16:16

Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Modern.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.

Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.

Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart

17:00. Tanzaniya – Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya – Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan – Bolqarıstan

Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar