"Qarabağ" klubu İsveçin "Yurqorden" klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Sportime.sigmalive nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Kiprin "AEL Limassol" klubunda çıxış edən Zakaria Savonun icarə müddəti bitdikdən sonra karyerasını Azərbaycanın "Qarabağ" klubunda davam etdirməsi gözlənilir.
Kiprdəki uğurlu çıxışından sonra hücumçu "Qarabağ"ın radarına düşüb və futbolçunun məxsus olduğu "Yurqorden"lə danışıqların son mərhələsindədir. Ağdam təmsilçisi oyunçu ilə müqaviləni növbəti həftə ərzində başa çatdırmağı ümid edir.
Qeyd edək ki, Zakaria Savo ötən il "Aris Limassol"dan "Yurqorden"ə keçib, İsveç təmsilçisinin heyətində yer ala bilməyib. O, 18 matçda cəmi 1 qol vurub və ötən ilin dekabr ayının sonunda icarəylə "AEL Limassol"a keçib.
Kiprdə çıxışı ilə diqqətləri üzərinə çəkib və dörd ay yarım ərzində 9 qol vurub, bir məhsuldar ötürmə edib.
Bildirilir ki, "AEL" oyunçunu daimi olaraq transfer etmək istəyir, lakin "Qarabağ" da artıq "Yurqorden"ə rəsmi təklif göndərib.
Hər iki komanda danışıqların son mərhələsindədirlər və "Qarabağ" gözlənilməz halla qarşılaşmazsa, transferi tezliklə başa çatdırmaq mümkün olacaq.