Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Modern.az xəbər verir ki, komandamız yarımfinalda Serbiya ilə üz-üzə gələcək.
"Tipos Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinalın digər matçında isə Macarıstan və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüş isə saat 21:15-də start götürəcək.
Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.