Modern.az

Tedesko "Fənərbaxça"dan nə istəyir?

Tedesko "Fənərbaxça"dan nə istəyir?

İdman

Bu gün, 17:21

"Bolonya"nın yeni baş məşqçisi Domeniko Tedesko heyəti gücləndirmək üçün hərəkətə keçib.

Modern.az xəbər verir ki, bu barədə "La Repubblica Bologna" məlumat yayıb.

Məlumata görə, italiyalı mütəxəssis yeni klubunda ilk transferini məhz "Fənərbaxça"da çıxış edən keçmiş tələbəsi, niderlandlı müdafiəçi Ceyden Ostervoldeni heyətə cəlb etməklə reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, "Fənərbaxça" ilə 2028-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçu üçün İstanbul klubunun rəhbərliyi daha öncə gələn təkliflərdə 20 milyon avro transfer haqqı tələb edib.

Geridə qalan mövsümdə "Fənərbaxça" forması ilə 47 rəsmi matça çıxan Ostervolde bu qarşılaşmalarda komandasına 1 qol və 1 asistlik töhfə verib.

Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var