Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.
Modern.az xəbər verir ki, Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.
Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.
Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.
***
21:05
Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başlayıb.
Modern.az-ın məlumatına görə, F qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Maykl Oliverdir.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.