Modern.az

DÇ-2026-da daha bir sensasiya: Niderland Mərakeşə uduzdu

DÇ-2026-da daha bir sensasiya: Niderland Mərakeşə uduzdu

İdman

Bu gün, 08:23

Futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.

Modern.az xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda hesab dəyişməyib. Qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada