Futbol üzrə Dünya Çempionatı-2026-da 1/8 final mərhələsinı vəsiqə qazanmış Fransa milli komandasının mundialdakı çıxışına dair maraqlı fakt diqqət çəkib.
Modern.az saytının məlumatına görə, fransızlar DÇ-2026-da keçirdiyi bütün 4 oyunun hamısında 3 və ya daha çox qol vuraraq qələbə qazanıb.
Fransa milli futbol komandası baş məşqçi Didier Deşam rəhbərliyi altında:
- Seneqal milli futbol komandası üzərində 3:1,
- İraq milli futbol komandası üzərində 3:0,
- Norveç milli futbol komandası üzərində 4:1,
- İsveç milli futbol komandası üzərində isə 3:0 hesablı qələbə qazanıb.
Beləliklə, Fransa yığması turnirdə keçirdiyi bütün oyunlarda ən azı 3 qol vuraraq növbəti mərhələyə yüksələn ən məhsuldar komandalardan biri olub.
Qeyd edək ki, Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq.
Fransızlar Dünya Çempionatı-2026-nın əsas favoritlərindən biri sayılırlar.