Modern.az

DÇ-2026-nın ən çox qol vurulan OYUNLARI

DÇ-2026-nın ən çox qol vurulan OYUNLARI

İdman

Bu gün, 09:14

Dünya Çempionatı-2026-da üçüncü yer uğrunda keçirilən Fransa–İngiltərə qarşılaşması turnirin ən çox qollu oyunu kimi tarixə düşüb. Dramatik mübarizə İngiltərə millisinin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Modern.az-ın məlumatına görə, beləliklə də ümumilikdə 10 qol vurulan bu qarşılaşma DÇ-2026-nın indiyədək ən məhsuldar oyunu olub.

Qeyd edək ki, turnirdə ən çox qolun qeydə alındığı ikinci qarşılaşma isə Almaniya ilə Kuraso arasında keçirilib. Almaniya millisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşan matçda ümumilikdə 8 qol vurulub.

DÇ-2026-da çoxsaylı qolların qeydə alındığı digər qarşılaşmalar isə aşağıdakılardır:

İsveç – Tunis — 5:1 (6 qol)

Niderland – İsveç — 5:1 (6 qol)

Yeni Zelandiya – Belçika — 1:5 (6 qol)

Mərakeş – Haiti — 4:2 (6 qol)

Əlcəzair – Avstriya — 3:3 (6 qol)

 

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə