Modern.az

“Mançester Yunayted” 685 azarkeşin bilet hesabını blokladı

“Mançester Yunayted” 685 azarkeşin bilet hesabını blokladı

İdman

12 Sentyabr 2026, 23:08

“Mançester Yunayted” bilet qaydalarını pozduğu müəyyən edilən 685 azarkeşin hesabını bloklayıb.

Modern.az xəbər verir ki, İngiltərə klubu yay aylarında bilet hesabları ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində bilet sistemindən maddi qazanc əldə etmək məqsədilə istifadə etdiyi müəyyən olunan 685 hesab bloklanıb. Klub ümumilikdə şübhəli aktivlik nümayiş etdirən 1617 hesab aşkarlayıb. Daha 464 azarkeşə xəbərdarlıq edilib. Onlara biletləri başqa şəxslərə ötürmək və səfər oyunlarına bilet üçün müraciət etmək qadağan olunub.

Qərar azarkeşlər arasında narazılığa səbəb olub. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər