Modern.az

Çimərlik polosu üzrə "See Breeze 2026"nın finalçıları məlum oldu

Çimərlik polosu üzrə "See Breeze 2026"nın finalçıları məlum oldu

İdman

Bu gün, 00:13

“Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Modern.az-a bildirilib ki, həlledici oyunda “Elit” komandası və İsveçrənin “Sankt Moritz” klubu qarşılaşacaqlar. Azərbaycan təmsilçisi bu uğura Böyük Britaniyanın “Red star” klubu üzərində 9-7 hesablı qələbə sayəsində nail olub.

Komandanın kapitanı Elçin Camallı ilk oyunda olduğu kimi, bu dəfə də məhsuldarlıq nümayiş etdirərək 6 qol vurub. “Sankt Moritz” klubu isə finala çıxmaq yolunda Rusiyanın “Moskva” kollektivinə 6-4 hesabı ilə qalib gəlib.

Sabah 3-cü yer uğrunda oyunda “Moskva”nın rəqibi Böyük Britaniyanın “Red star” klubu olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi