Modern.az

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

İdman

2 Oktyabr 2026, 09:53

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.

Modern.az xəbər verir ki, Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu, Ukraynaəsilli idmançı Anna Zaytsevadır.

19 yaşlı cüdoçu Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək. 63 kiloqram çəki dərəcəsində çıxış edən perspektivli idmançı son olaraq Polşa millisinin şərəfini qoruyub.

Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı olan Anna Zaytseva gənclər arasında son Avropa çempionatında 5-ci yeri tutub.

Qeyd edək ki, Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə