Modern.az

 "Turan Tovuz" "Kəpəz"i məğlub edib

 "Turan Tovuz" "Kəpəz"i məğlub edib

İdman

Bu gün, 18:42

"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb.

Modern.az-ın məlumatına görə, komanda Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə Joarlem Santos fərqləniblər. Qonaqlardan Şakir Seyidov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır.

Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV