Modern.az

SOCAR-da qalmaqallı təyinat - sabiq gürcü nazirə niyə yüksək vəzifə verilib?

SOCAR-da qalmaqallı təyinat - sabiq gürcü nazirə niyə yüksək vəzifə verilib?

İqtisadiyyat

Bu gün, 15:09

Gürcüstanın sabiq baş nazir müavini və eks-iqtisadiyyat naziri Levan Davitaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyada aldığı “Italiana Petroli” şirkətinə rəhbər təyin olunub.
Levan Davitaşvili “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82 faizinin alınması əməliyyatının tamamlanmasından sonra baş icraçı direktor vəzifəsinə təyinat alıb.

SOCAR-ın açıqlamasından sonra o da məlum olub ki, Levan Davitaşvili bu təyinatadək SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri postunda çalışırmış. Belə ki, Davitaşvili SOCAR-a müşavir vəzifəsinə 2025-ci ilin noyabr ayında gətirlibmiş. İndi isə ona “Italiana Petroli”nin baş icraçı direktoru kimi növbəti yüksək vəzifə həvalə olunub.

L.Davitaşvili 2021–2025-ci illərdə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifələrində çalışıb.

Modern.az xəbər verir ki, SOCAR-ın Levan Davitaşvilini yüksək vəzifələrdə çalışdırması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə buna etiraz edənlər olub.

Tanınmış hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 61-ci maddəsinə əsasən, əcnəbiyə yalnız o zaman iş icazəsi verilə bilər ki, işçi qüvvəsinə olan ehtiyacı yerli əmək ehtiyatları hesabına təmin etmək mümkün olmasın.

“Yəni neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur? İtaliyadakı şirkətə təyin ediləsi Vətən oğlu və ya qızı tapılmır?..”, - deyə hüquqşünas sual edib.

Ə.Həsənovun sözlərinə görə, eyni problem digər dövlət və özəl şirkətlərimizdə də var.

“Yığıblar ora əcnəbiləri. Sanki işsizliyin artdığı Azərbaycanda yerli kadrlar yoxdur. Bununla Miqrasiya Məcəlləsini də kobud şəkildə pozurlar”, -  o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?