Rusiyada Azərbaycan əsilli xanım məhkəmə prosesini udaraq hüquqlarını bərpa edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, "nifrət təşviq etmək" ittihamı ilə məhkum edilmiş Surqut sakini Raya Mamedova məhkəmə vasitəsilə məhrum olunduğu Rusiya vətəndaşlığını uğurla bərpa edib.
İş materiallarında Raya Sabir qızı Məmmədovanın Rusiya vətəndaşlığına xitam verilməsi qərarının etibarsız sayılması ilə bağlı inzibati iddiası təmin edilib.
Xatırladaq ki, Raya Məmmədovanın vətəndaşlıqdan məhrum edilməsi ilə nəticələnən hadisə 2022-ci ilin yayında baş verib. Belə ki, qonşu binanın messencerdəki söhbət qrupuna Raya Məmmədovanın uşaqlarının binalarındakı lifti sındırdığını əks etdirən video yerləşdirib və valideynlərdən vəziyyəti həll etmələrini istəyib. Daha sonra sakinlər arasında münaqişə yaranıb.
Rusiya prokurorluğu Raya Məmmədovanı qarşı tərəfi təhqir edib hədələməkdə təqsirləndirib. Məhkəmə onu təqsirli bilib və üç il şərti azadlıqdan məhrum edib. Hökmdən sonra o, Rusiya vətəndaşlığından məhrum edilib.
Məmmədova bu qərardan Xantı-Mansiysk Rayon Məhkəməsinə apelyasiya şikayəti verib. Məhkəmə onun uşaqlıqda Rusiya vətəndaşlığını aldığını və sədaqət andı içmədiyini nəzərə alaraq vətəndaşlığının ləğvi üçün əsas olmadığını müəyyən edib. Fevral ayında məhkəmə iddianı təmin edib, apelyasiya məhkəməsi isə daha sonra qərarı qüvvədə saxlayıb.