Modern.az

Dövlət şirkəti Qarabağ Universiteti ilə birgə addımlayacaq

Dövlət şirkəti Qarabağ Universiteti ilə birgə addımlayacaq

İqtisadiyyat

Bu gün, 15:54

Azərbaycanda maliyyə və investisiya sektoru inkişaf etsə də, kapital bazarı və qiymətli kağızlar sahəsi hələ də əhalinin diqqətindən müəyyən qədər kənarda qalır. 

Modern.az xəbər verir ki, bu barədə ABB Invest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında ABB Invest-in İcraçı direktoru Nadir Babazadə məlumat verib. 

O qeyd edib ki, bu səbəbdən investisiya şirkətləri maarifləndirmə fəaliyyətlərini genişləndirməyə çalışır.

“Şirkət yalnız kommersiya məqsədləri ilə fəaliyyət göstərmir, əldə olunan maliyyə nəticələrinin bir hissəsi əhalinin maliyyə savadlılığının artırılmasına yönəldilir. Bu il “İnvestube” adlı yeni layihəyə start verilir.

Layihə çərçivəsində kapital bazarı ilə bağlı termin və anlayışların sadə dillə ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Məqsəd portal vasitəsilə xüsusilə kapital bazarı sahəsində maliyyə savadlılığını artırmaq, vətəndaşların investisiya alətləri barədə daha əlçatan məlumat əldə etməsinə şərait yaratmaqdır”.

Bank rəsmisi əlavə edib ki, ABB Invest universitetlərlə əməkdaşlığını da genişləndirir.

“Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə maliyyə savadlılığı və kapital bazarı üzrə maarifləndirmə layihələri həyata keçirilir. Sentyabr ayından etibarən yeni tədris proqramına start veriləcək”.

Onun sözlərinə görə, Qarabağ Universiteti ilə də əməkdaşlıq istiqamətində ilkin razılıq əldə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?