Ermənistanda keçiriləcək parlament seçkilərinə bir aydan da az bir vaxt qalıb. İyunun 7-də keçirilməsi planlaşdırlan seçkilərdə ölkə parlamentinin 101 üzvü müəyyənləşəcək.
Hazırda əsas namizədlər və siyasi qüvvələr aşağıdakılardır:
- Nikol Paşinyan - hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri və hazırkı baş nazir. Kobert Koçəryan – “Ermənistan” blokunun əsas simalarından biridir və müxalifətin ən güclü fiqurlarından hesab olunur. Samvel Karapetyan - “Güclü Ermənistan” alyansının arxasında duran əsas fiqurlardan biridir. Qaqik Tsarukyan - “Çiçəklənən Ermənistan” Partiyasının lideridir və yenidən siyasi arenaya qayıdıb. Edmon Marukyan - “Parlaq Ermənistan” Partiyasına rəhbərlik edir və əvvəllər Paşinyanın müttəfiqi olub. Hayk Marutyan - keçmiş İrəvan meri və “Yeni Güc” hərəkatının lideridir.
Parlament seçkiləri öncəsi EVN Report və Armenian Election Study (ArmES) tərəfindən həyata keçirilən seçici davranışı araşdırmasının üçüncü mərhələsinin nəticələrinə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyətinə dəstək artmaqda davam edir. Baş nazirin fəaliyyətini dəstəkləyənlərin sayı ilk sorğuda 36% olduğu halda, ikinci mərhələdə 47,2%-ə, son nəticələrdə isə 49%-ə yüksəlib. Eyni zamanda onun fəaliyyətindən narazı olanların sayı da azalıb. Bu göstərici ilk sorğuda 45%, ikinci mərhələdə 35,8%, hazırkı sorğuda isə 33,7% təşkil edib.
Sorğu Ermənistan cəmiyyətində ölkənin gələcək istiqaməti ilə bağlı baxışların da dəyişdiyini göstərir. Respondentlərin 44%-i Ermənistanın düzgün istiqamətdə inkişaf etdiyini düşünür. Bu göstərici əvvəlki mərhələlərlə müqayisədə artım nümayiş etdirir. Hazırda ölkənin yanlış istiqamətdə getdiyini düşünənlərin payı 30,9%-dir.
Araşdırmaya görə, hakim “Mülki Müqavilə” Partiyası seçki yarışında əsas rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır. Bununla belə, partiya hələlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan səs çoxluğunu təmin edə bilmir.
Sorğuda iştirak edənlərin səsvermə niyyətinə əsasən:
-"Mülki Müqavilə” Partiyası — 32,5%, “Güclü Ermənistan” Partiyası — 10,1%, “Ermənistan Alyansı” — 4,4%, “Çiçəklənən Ermənistan” Partiyası — 3,4% dəstəyə malikdir.
Xalqın Paşinyana etimadının artmasının isə bir sıra ciddi səbəbləri mövcuddur. Xalqın Paşinyana etimadının artmasının isə bir sıra ciddi səbəbləri mövcuddur. İlk növbədə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasını istəmir. Xüsusilə Robert Koçəryan dövrü bir çox erməni seçici tərəfindən korrupsiya, oliqarxik idarəetmə və siyasi təzyiqlərlə assosiasiya olunur. Bu səbəbdən müxalifətin əsas fiqurları cəmiyyətin böyük hissəsində əvvəlki qədər etimad yarada bilmir.
Digər mühüm amil isə Paşinyanın 2018-ci il “məxməri inqilab”ının simvolu kimi qalmasıdır. O, hələ də müəyyən seçici qrupları tərəfindən “xalqdan çıxmış siyasətçi”, köhnə sistemə qarşı mübarizə aparan lider kimi qəbul edilir. Bu imic xüsusilə gənclər və şəhər elektoratı arasında öz təsirini qoruyur.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşsə də, sonrakı dövrdə o, siyasi gündəmi dəyişməyi bacarıb. Ermənistan cəmiyyətinin bir hissəsi hesab edir ki, ölkənin uzunmüddətli inkişafı üçün regionda sabitlik və kommunikasiyaların açılması vacibdir. Bu baxımdan Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönələn siyasəti müəyyən dəstək qazanır.
Bundan əlavə, Paşinyan hakimiyyəti Qərblə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət ayırır. Avropa İttifaqı və ABŞ-la yaxınlaşma tərəfdarları onu Ermənistanın xarici siyasətdə daha balanslı kurs yürütməyə çalışan lider kimi təqdim edirlər. Müxalifətin əsas simalarının isə daha çox Rusiya yönümlü siyasətlə əlaqələndirilməsi bəzi seçicilərin Paşinyana üstünlük verməsinə səbəb olur. Ekspertlər hesab edirlər ki, müxalifətin parçalanmış vəziyyətdə olması da hakim partiyanın üstünlüyünü artıran əsas faktorlardandır. Hazırda Ermənistanda Paşinyana qarşı vahid siyasi mərkəz formalaşa bilməyib. Müxalif düşərgədə həm ideoloji, həm də liderlik baxımından ciddi fikir ayrılıqları qalmaqdadır.
Sosioloji sorğuların nəticələri göstərir ki, seçkiyə qədər ciddi siyasi dəyişiklik baş verməsə, “Mülki Müqavilə” Partiyası yenə də birinci siyasi qüvvə olaraq qalacaq. Bununla belə, partiyanın parlamentdə yenidən təkbaşına hökumət formalaşdırıb-formalaşdıra bilməyəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır.