"Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı cənab prezident İlham Əliyev ATƏT - in fəaliyyəti barədə də danışıb. Mən deyərdimki, ümumilikdə ATƏT fəaliyyət coğrafiyasında mövcud olan münaqişələrin nizamlanması prosesində effektiv və nəticəyönümlü sülhyaratma mexanizmi formalaşdıra bilməyən bir təsisat kimi yadda qaldı".
Bu sözləri Modern.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri təxminən 30 il Ermənistanın işğalı altında qaldığı dövrdə Minsk qrupu problemin həllindən daha çox status-kvonun qorunmasına xidmət edən mexanizmə çevrildi:
"BMT TŞ – nın daimi üzvü olan ABŞ, Rusiya və Fransa dövlətlərini birləşdirən əsas ortaq maraq Cənubi Qafqazda idarəolunan qeyri-müəyyənliyin saxlanılması, region üzərində geosiyasi təsir imkanlarının qorunması və münaqişənin tam həllindən daha çox onun nəzarətdə saxlanılması idi. Münaqişənin həll olunmamış qalması region dövlətlərini xarici güclərdən asılı vəziyyətdə saxlayır, onların siyasi və təhlükəsizlik manevr imkanlarını məhdudlaşdırırdı".
O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev qeyd edibki, Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və qarantı Azərbaycandır. Ermənistanın yalandan konfrans, seminar keçirtməklə gözə kül üfürür.
"Ermənistanın yarıtmaz və qorxaq siyasətindən danışan İlham Əliyev deyibki, əgər sülh prosesi gedirsə, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edib lazımi addımlar atırsa, Aİ missiyasının mövcudluğu vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir".
Ermənistanın bu missiyanın əsas dəstəkləyicisi Fransadır:
"Hər kəs bilməlidir ki, əgər Ermənistanda revanşistlər hakimiyyətə gələrsə və ölkəmizə qarşı yeni iddialar və provokasiyalar olarsa, Azərbaycan bütün lazımi tədbirlər görəcək və qəti önləyici addımlar atacaq" - o bildirib.