Modern.az

Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq

Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq

Təhsil

15 May 2026, 15:22

Təhsil üzrə bir sıra mühüm xidmətlər elektron hökumət portalına - mygov-a inteqrasiya olunub.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin platformaya inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.

Beləliklə, mygov ilə:

- abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı,

- bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı,

- ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı,

- məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu aparılacaq.

Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada