Modern.az

Paşinyan göbələk ittihamına görə rəqibini məhkəməyə verdi

Paşinyan göbələk ittihamına görə rəqibini məhkəməyə verdi

Aktual

Bu gün, 14:03

Nikol Paşinyan “halüsinogen göbələk” ittihamına görə məhkəməyə üz tutub.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan “Güclü Ermənistan” blokunun Baş nazirliyə namizədi Samvel Karapetyana qarşı iddia qaldırıb.

Buna səbəb Karapetyanın Paşinyanın emosional çıxışlarını “halüsinogen göbələk” istifadəsi ilə əlaqələndirməsi olub. O iddia edib ki, Baş nazir həmin göbələkləri Çinə səfəri zamanı gətirib.

Paşinyan səsləndirilən fikirləri böhtan və təhqir adlandıraraq məhkəmə yolu ilə təkzib tələb etdiyini bildirib.

Daha sonra Karapetyan jurnalistlərə açıqlamasında göbələk istifadəsini şəxsən görmədiyini, sadəcə ona verilən məlumatlara əsaslandığını deyib.

Buna baxmayaraq, Ermənistanın məhkəmə sistemi “Datalex”də yerləşdirilən məlumata görə, Paşinyan Karapetyana qarşı 6 milyon dramlıq mənəvi təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.

İddiada Karapetyandan 7 may 2026-cı ildə səsləndirdiyi fikirləri təkzib etməsi də tələb olunur. İşə İrəvan Mülki Məhkəməsinin hakimi Yerem Yesoyan baxacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?