Modern.az

Azərbaycan neftinin qiyməti sürətlə azalır

Azərbaycan neftinin qiyməti sürətlə azalır

İqtisadiyyat

15 May 2026, 09:32

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,04 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,04 ABŞ dolları və ya 1,76 % azalaraq 113,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır