Modern.az

Avropaya qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşür

Avropaya qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşür

İqtisadiyyat

Bu gün, 15:22

2025-ci ildə Avropa İttifaqının boru kəməri ilə təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Baku Energy Week”dəki çıxışı zamanı deyib.

Nazir qlobal enerji bazarlarında müşahidə olunan çağırışlara toxunaraq bildirib ki, son dövrlərdə baş verən geosiyasi hadisələr və təchizat riskləri enerji təhlükəsizliyi məsələsini, yeni reallıqda ölkəmizin rolunu daha da aktuallaşdırıb.

“Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlarla birləşdirən Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və regional bağlantılar qovşağına çevirən mühüm strateji aktordur. Əgər XX əsrdə enerji gücü əsasən hasilatla ölçülürdüsə, XXI əsrdə bu gücü müəyyən edən əsas amillər təhlükəsiz marşrutlar, bağlantılar və etibarlı tərəfdaşlıqlardır. Azərbaycan isə bu üstünlükləri özündə birləşdirən nadir ölkələrdən biridir”, - deyə Pərviz Şahbazov əlavə edib.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV