Modern.az

Azərbaycan nefti xeyli ucuzlaşdı

Azərbaycan nefti xeyli ucuzlaşdı

İqtisadiyyat

Bu gün, 09:54

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yenidən aşağı düşüb.

Modern.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) 1 barelinin qiyməti 1,53 dollar və ya 1,6% azalaraq 93,97 dollar təşkil edib.

Qeyd edək ki, əvvəlki ticarət günündə Azərbaycan neftinin 1 bareli 95,5 dollar olub.

Beləliklə, “Azeri Light”ın qiyməti bir gündə 1,53 dollar ucuzlaşıb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 dollar hesablanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ