Azərbaycanda yumurta istehsalında artım qeydə alınıb.
Modern.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda 1 milyard 625 milyon ədəd yumurta istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Müqayisə üçün, 2026-cı ilin ilk 6 ayında Gürcüstanda 178 milyon, Ermənistanda 429 milyon, Belarusda 1 milyard 847 milyon yumurta istehsal edilib. Rusiyada isə bu göstərici 24 milyard 178 milyon ədəd təşkil edib.
Azərbaycanın yumurta istehsalındakı artımı ilə yanaşı, ölkədə istehsal olunan yumurtanın bir hissəsinin xarici bazarlara da ixrac edilməsi diqqət çəkir. Beləliklə, yerli istehsal yalnız daxili tələbatın ödənilməsinə deyil, ixrac imkanlarının genişləndirilməsinə də xidmət edir.
Qeyd edək ki, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılması Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da əhəmiyyət daşıyır.