Modern.az

Doğum azalıb, ölüm artıb

Doğum azalıb, ölüm artıb

Ölkə

17 Sentyabr 2026, 10:15

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 48 954 körpə doğulub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Bildirilib ki, doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub. Doğulan körpələrin 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,9-dan 6-ya yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir