Modern.az

İqtisadiyyatımız üçün pozitiv xəbər - ixrac artır, idxal azalır

İqtisadiyyatımız üçün pozitiv xəbər - ixrac artır, idxal azalır

İqtisadiyyat

Bu gün, 09:26

Azərbaycanın xarici ticarət dövriyyəsində nominal artım qeydə alınsa da, real ifadədə azalma müşahidə olunur. 2026-cı ilin ilk 7 ayında xarici ticarət dövriyyəsi nominal ifadədə artsa da, real ifadədə 15,1 faiz azalıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlama verib. O bu ilin 7 ayındakı ticarət dövriyyəsindəki azalmanı birbaşa idxalla əlaqələndirib:

"İdxalın azalması ölkədən daha az valyutanın çıxması deməkdir. Eyni dövrdə ixrac 11,2 faiz, qeyri-neft-qaz ixracı isə təxminən 2 dəfə artıb. İdxalda isə 43 faizə yaxın azalma qeydə alınıb. Bu, valyutanın ölkədə qalması baxımından pozitiv trenddən xəbər verir".

Deputat bildirib ki, qeyri-neft-qaz ixracında bəzi məhsullar üzrə azalma müşahidə olunub. Belə ki, mineral gübrələrin ixracı 12 faiz, polipropilen 11,3 faiz, polietilen 20,8 faiz, emal olunmuş alüminium isə 10,7 faiz azalıb. Bununla yanaşı, qızıl ixracı 20,8 faiz, pambıq lifi 26,2 faiz, şəkər ixracı 48 faiz, pambıq ipliyi isə 82 faizə yaxın artıb. Onun sözlərinə görə aqrar sektorda ixracın da təxminən 21 faiz artması müsbət dinamika kimi qiymətləndirilə bilər.

"Əsas hədəf idxalın optimallaşdırılması və azaldılması, qeyri-neft-qaz ixracının isə artırılmasıdır. Qeyri-neft-qaz ixracının ümumi ixracda payının artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Hədəf qeyri-neft sektorunda ixracın daha da genişləndirilməsi və növbəti illərdə bu sahənin payının artırılmasıdır. Qarşıya qoyulan məqsədlərdən biri də kənd təsərrüfatı məhsullarının ixracının 6 milyard dollara çatdırılmasıdır. Bu ilin ilk 7 ayının göstəriciləri - ixracın artması, idxalın azalması, qeyri-neft ixracının yüksəlməsi və qeyri-neft idxalının azalması - iqtisadi siyasətin hədəflərinə uyğundur" - iqtisadçı, söyləyib.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı