Modern.az

Səudiyyə neftinin yolu bağlandı - Avropa Azərbaycana  möhtacdır

Səudiyyə neftinin yolu bağlandı - Avropa Azərbaycana  möhtacdır

İqtisadiyyat

Bu gün, 12:55

Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü azaldıb.

Modern.az Reuters-ə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı bəzi Avropa müştərilərinə sentyabrda yüklənməsi planlaşdırılan xam neft partiyalarının ləğv edildiyini bildirib. Qırmızı dənizdə yerləşən Yanbu limanında neft yüklənməsi də dayandırılıb.

Buna səbəb Səudiyyə Ərəbistanının körfəzdən Qırmızı dənizə neft daşıyan Şərq-Qərb boru kəmərinin dron hücumları nəticəsində zədələnməsidir. Bu marşrut Hörmüz boğazından yan keçərək neftin Qırmızı dənizə çıxarılmasına imkan verirdi. Hadisədən sonra Polşa kimi böyük alıcılar alternativ tədarükçülər axtarmağa başlayıb. Avropada bəzi fiziki neft partiyalarının qiyməti 120 dolları keçib.

Səudiyyə tədarükündə yaranan problem Avropa üçün onsuz da mürəkkəb olan neft bazarındakı vəziyyəti daha da gərginləşdirir. Rusiya neftinin Avropa bazarındakı payı da əvvəlki illərlə müqayisədə kəskin azalıb. Aİ hazırda dəniz yolu ilə Rusiya xam neftinin idxalına qadağa tətbiq edir və Rusiya enerjisindən asılılığın mərhələli şəkildə azaldılması siyasətini davam etdirir.

Belə bir vəziyyətdə Azərbaycanın Avropaya neft ixracı xüsusi diqqət çəkir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkə Avropa İttifaqına 21,1 milyon tondan çox xam neft ixrac edib. Bu, Azərbaycanın ümumi xam neft ixracının 90,2 faizinə bərabərdir. İtaliya Azərbaycanın Avropadakı əsas neft alıcısı olaraq qalır. Ardınca Çexiya, Xorvatiya, Almaniya, Rumıniya və Portuqaliya gəlir.

2026-cı ilin ilk altı ayında isə Azərbaycanda 13,3 milyon ton neft və kondensat hasil olunub, ixracın həcmi 10,5 milyon ton təşkil edib.

Bununla yanaşı, Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız neftlə məhdudlaşmır. 2026-cı ilin ilk yarısında Azərbaycan Avropaya 5,9 milyard kubmetr təbii qaz ixrac edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland