Modern.az

Azərbaycan nefti büdcə qiymətindən 62 dollar baha satılır

Azərbaycan nefti büdcə qiymətindən 62 dollar baha satılır

İqtisadiyyat

15 Sentyabr 2026, 09:37

Dünya bazarında Azərbaycan neftinin qiyməti əhəmiyyətli dərəcədə artıb.

Modern.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 dollar və ya 6,06% bahalaşaraq 127,29 ABŞ dollarına çatıb.

Qeyd edək ki, əvvəlki ticarət sessiyasında “Azeri Light”ın qiyməti 120,02 dollar olub.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları götürülüb.

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?