Modern.az

Büdcədə neftin payı 30 faizə endiriləcək - Sahil Babayev

Büdcədə neftin payı 30 faizə endiriləcək - Sahil Babayev

İqtisadiyyat

Bu gün, 16:55

Son altı ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev sentyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda danışıb.

Nazir bildirib ki, həmin vəsait hesabına Qarabağ və Şərqi Zəngəzurda yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub. Onun sözlərinə görə, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsi layihələrinə 16 milyard manat sərf edilib.

Sahil Babayev iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rol oynadığını qeyd edib. O bildirib ki, dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılması fiskal siyasətin əsas istiqamətlərindəndir. 2030-cu ilədək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 30 faizə qədər azaldılması nəzərdə tutulur.

Nazir qeyri-neft kəsirinin davamlı azaldılmasının və dövlət borcunun ÜDM-ə nisbətinin dayanıqlı səviyyədə saxlanılmasının hədəfləndiyini deyib. Onun sözlərinə görə, strateji valyuta ehtiyatları ölkənin xarici iqtisadi təsirlərə qarşı dayanıqlığını gücləndirir. Babayev “Fitch Ratings” və “Moody’s” tərəfindən Azərbaycana verilən investisiya səviyyəli suveren kredit reytinqlərini də makroiqtisadi sabitlik və fiskal dayanıqlılıqla əlaqələndirib.

Maliyyə naziri Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığa toxunub. O, beynəlxalq maliyyə institutlarının iri infrastruktur, yaşıl enerji və regional layihələrə, o cümlədən Orta Dəhliz və yaşıl enerji dəhlizi təşəbbüslərinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı