İri süni intellekt şirkətlərinin rəhbərləri süni intellektə nəzarətlə bağlı saziş imzaladılar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədi Google, Anthropic, Meta, OpenAI, xAI və Nvidia şirkətlərinin rəhbərləri - o cümlədən Sundar Piçai, Dario Amodei, Mark Zukerberq, Qreq Brokman, İlon Mask və Censen Xuanq - imzalayıblar.
Şirkətlər modellərinin imkanlarını təlim prosesi zamanı izləmək və müstəqil auditorları cəlb etmək barədə razılığa gəldilər. Tramp bu sazişi "bir konstitusiya" və "mənəvi cəhətdən məcburedici" sənəd kimi xarakterizə etdi.
O, həmçinin süni intellektin adının "superintellekt" (SI) olaraq dəyişdirilməsi barədə icraedici sərəncam imzaladı.