Modern.az

İran Sumqayıtda dərman zavodu tikəcək - AÇIQLAMA

İran Sumqayıtda dərman zavodu tikəcək - AÇIQLAMA

İqtisadiyyat

25 Fevral 2016, 17:12

İran Sumqayıtda dərman zavodu tikəcək.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

O deyib ki, zavod Sumqayıt Kimya Parkında inşa olunacaq.

Səfir dərman istehsalının 3 mərhələdə olacağını da qeyd edib:

“Birinci mərhələdə ehtiyac duyulan dərmanlar, ikincidə isə dərman istehsalı texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq".

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...