Modern.az

Əli Mirəliyev “Maşın” şounu tərk etdi

Əli Mirəliyev “Maşın” şounu tərk etdi

Mədəniyyət

8 İyun 2018, 00:24

“Maşın” realiti şousunda daha bir gün geridə qalıb. Modern.az xəbər verir ki, 9 nəfər iştirakçının mübarizə apardığı oyunda bu dəfə qutuya müğənni Əli Mirəliyevin fotosu atılıb.

Hədəfini oyunun sonunda açıqlayan Əli Mirəliyev səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı verilişdən uzaqlaşdıracağını vurğulayıb. Amma kifayət qədər səs toplamayan Əli Mirəliyev özü verilişi tərk edib.

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənnil'r Roza Zərgərli, Rahidə Baxışova, reper Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?