Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin növbəti iclası keçirilib. Avqustun 28-də baş tutan iclasda ittifaqın fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub, qarşıdakı dövr üçün planlar ətrafında fikir mübadiləsi aparılıb. İttifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilən iclasda İdarə Heyətinin üzvləri – tanınmış kino xadimləri, rejissorlar, aktyorlar və ssenaristlər iştirak ediblər.
Qeyd edək ki, iclasda Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi barədə qərar yekdilliklə qəbul olunub.
Modern.az iclasdan maraqlı görüntüləri təqdim edir: