Modern.az

“Titanik”in rejissoru Qafqaza gəlir

“Titanik”in rejissoru Qafqaza gəlir

Mədəniyyət

25 Sentyabr 2026, 10:37

“Titanik” və “Avatar” filmlərinin məşhur rejissoru Ceyms Kemeron Ermənistana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Armenian Film Society məlumat yayıb.

Bildirilib ki, Ceyms Kemeron noyabrın 23-də İrəvana gələcək.

Məşhur rejissor Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək görüşdə iştirak edəcək. Görüş zamanı Kemeron yaradıcılıq karyerasından, kino sənayesindən və texnoloji innovasiyalardan danışacaq. O, həmçinin tamaşaçıların suallarını cavablandıracaq.

Ceyms Kemeron “Titanik”, “Avatar”, “Terminator”, “Əcnəbilər” və digər məşhur filmlərin rejissoru kimi tanınır.

Sizə yeni x var
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!