Modern.az

Qazaxıstanlı dizayner: “Bakıda ortaq brend açmaq istəyirəm” 

Qazaxıstanlı dizayner: “Bakıda ortaq brend açmaq istəyirəm” 

Mədəniyyət

Bu gün, 16:02

İkinci Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Qazaxıstanın tanınmış bloggeri və dizayneri Banu Haydar Modern.az-ın suallarını cavablandırıb.

Dizayner Azərbaycan milli geyimlərinin özünəməxsusluğu, zəngin naxışları və estetik görünüşündən danışıb. O, gələcəkdə Bakıda xüsusi layihə həyata keçirmək istədiyini bildirib.

Banu Haydar Azərbaycan milli geyimlərinin onda xüsusi təəssürat yaratdığını vurğulayıb:

“Sizin milli geyimləriniz, düzünü desəm, çox xoşuma gəlir. Məsələn, bizdəki papaqlar yumru formada olduğu halda, sizdə daha fərqli və zəngin naxış elementləri var”.

Qazaxıstanlı dizayner Bakıda brend yaratmaq imkanını da nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, belə bir layihə Azərbaycan və Qazaxıstanın milli motivlərini müasir dəblə birləşdirə bilər:

“Əgər Bakıda bir brend açsam, bunu mütləq Qazaxıstan və Azərbaycan brendlərinin kollaborasiyası şəklində etmək istəyərdim. Həm sizin, həm də bizim xalqın bəyənəcəyi, etnik motivi müasir stil ilə sintez edən bir kolleksiya yaratmaq ən böyük arzularımdandır”.

Müsahibənin sonunda Banu Haydar Azərbaycanı üç sözlə xarakterizə edib.

“Azərbaycan — günəşli, səmimi və zəngin bir ölkədir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı