Modern.az

Putinin Qarabağla bağlı məkrli planı AÇIQLANDI

Putinin Qarabağla bağlı məkrli planı AÇIQLANDI

19 Aprel 2016, 14:21

“Bəzi ərazilər Azərbaycana qaytarılsın, regiona sülhməramlılar yerləşsin”


Rusiya və prezident Vladimir Putin şəxsən Dağlıq Qarabağla bağlı yaxın günlərdə başlayacaq danışıqlarda kompromisin əldə olunması üçün fəal yardım edəcək. Modern.az saytı bildirir ki, “İzvestiya” qəzetinin diplomatik mənbələrə istinadən yazdığına görə, Rusiya lideri hər iki tərəfin liderlərini şəxsən siyasi kompromisin vacib olduğuna inandırmağa hazırdır.

Mənbənin sözlərinə görə, Rusiyanın nizamlanmaq planında nəzərdə tutulur ki, Ermənistan işğal altında saxladığı ərazilərin bir hissəsini Azərbaycana qaytarsın, münaqişə zonasına sülhməramlılar yerləşdirsin, qaçqınlar həmin ərazilərə qayıtsın və Qarabağ legitimləşdirilsin (yəni sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası təmin etmək), sonra regionun mənsubiyyəti ilə bağlı referendum keçirilsin.
Ancaq tərəflərin heç biri referendumun nəticələri onun xeyrinə olmayacaqsa, belə plana razılaşmaq istəmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır