Modern.az

Qəhrəman zabitə general-mayor rütbəsi verildi - FOTO

Qəhrəman zabitə general-mayor rütbəsi verildi - FOTO

20 Aprel 2016, 11:32

Aprelin 19-da ölkə başçısının mükafatlandırdığı cəsur zabitlərdən biri də Mais Bərxudarovdur. Modern.az saytı xəbər verir ki, bu haqda hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

O, qeyd edib ki, Mais Bərxudarov Cəbrayıl və Füzuli rayonları istiqamətində -Lələ təpə yüksəkliyini və digər ərazilərimizi mənfur və xain düşməndən azadetmə əməliyyatında şəxsən iştrak edib. Erməni Silahlı Qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edərək sıradan çıxarıb.

“Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünən bu gənc və bacarıqlı zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi”.

Ü.Cəfərov deyib ki, birləşmə komandiri olmasına baxmayaraq bu general şəxsən döyüş texnikasının arxasına keçərək mənfur düşmənə qan uddurub.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır