Arxiv
28 Aprel 2016, 10:16 |
Qarabağın Azərbaycanlı İcmasından ermənilərə müraciət - EKSKLÜZİV

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov cəbhədə baş verən son hadisələrlə bağlı Modern.az saytına eksklüziv açıqlama verib.

Öncə Azərbaycan Ordusunun son qələbəsinə toxunan B.Səfərov qeyd edib ki, bu, tarixi hadisədir: “Bu hadisələr Ermənistana bir dərs oldu. Hamı bilməlidir ki, 1990-cı illərdə Azərbaycana öz torpaqlarını Ermənistan təcavüzündən qorumağa imkan verilməyib. O zaman SSR-də yaşayırdıq. Müstəqil deyildik. Hətta insanlardan ov silahları gerı alındı ki, öz torpaqlarımızı qoruya bilməyək. Demək istədiyim odur ki, düşmən tərəf bütün imkanlardan istifadə edib havadarlarının köməyi ilə bizi əli-qolu bağlı, əliyalın hala gətirmişdi.

İndi isə vəziyyət tam başqadır. Azərbaycan müstəqil dövlətdir. Xalıqın iradəsinə söykənib onu gələcəyə aparan İlham Əliyev kimi liderimiz, Ali Baş Komandanımız var. Azərbaycan Ordusu, Azərbaycan Xalqı Ali Baş Komandanımızla bir yerdədir, onu dəstəkləyir, ona inanır. Biz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yüksək bacarıqla davam etdirən cənab Prezidentimiz Azərbaycan torpaqlarını işğaldan azad edən dövlət başçısı olaraq öz adını xalqımızın tarixinə qızıl həriflərlə yazdıracaq. Artıq bu, bir gerçəklikdir.

Bir məqama diqqət çəkmək istəyirəm, 1990-cı illərdəki Ermənistanla Azərbaycan arasındakı fərqi XXI əsrdəki Ermənistanla Azərbaycan arasında fərqlə müqayisə edin.  Elə cəbhədə baş verən son hadisələr bu fərqi ortaya çıxardı. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur”.

B.Səfərov mətbuatda yer alan “Hərbi əməliyyatlar zamanı icma fəallıq göstərmir” iddialarına da münasibət bildirib.

O, qeyd edib ki, Ali Baş Komandanın əmrinə bir nəfər kimi müntəzirdilər: “Biz icmayıq və Azərbaycan qanunlarına tabeyik.

Müdafiə məsələlərini Mudafiə Nazirliyi həyata keçirir.

Uzun illərdir ki, Ermənistan mövcud status-kvonun saxlanması üçün çalışır. Ancaq Azərbaycan buna imkan verə bilməz.

Son hadisələr bunu bir daha göstərdi. İllərdir ki, Ermənistana müraciət edirik ki, bizim torpaqları boşaltsınlar. Ancaq düşmən çağırışımıza cavab vermir. Biz təbii ki, onların mövcud status-kvonu qoruyub saxlamaq istəyi ilə razılaşa bilmərik.

Və həm Ermənistan, həm də bütün dünya bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir. Beynəlxalq hüquq da bizə bu addımı atmağa imkan verir”.

Modern.az vasitəsilə Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edən “Dağliq Qarabağın Azərbaycanlı İcması”nın rəhəbri deyib ki, ermənilər bilməlidirlər ki, hazırki Ermənistan hakimiyyəti öz xalqının, sadə ermənilərin düşmənidir:

“Bu gün Azərbaycan inkişaf edir. Azərbaycan gəncliyi dünya səviyyəsində öz sözünü deyir. Ermənistan isə tənəzzül edir. Ermənistan gəncliyi səfalət içindədir. Onlar imkan düşən kimi ölkəni tərk edirlər. Ermənistanın mövcud hakimiyyəti sadə erməniləri aldadır.

Biz Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edirik. Biz öz torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Onlar bilsinlər ki, 1992-ci ilə qədər Qarabağda yaşayan ermənilər və onların övladları ilə birgə yaşamağa hazırıq. Onlar Azərbaycan qanunları çərçivəsində, Azərbaycan bayrağı altında ölkəmizin vətəndaşı kimi Qarabağda yaşaya bilərlər. Sonradan süni şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər isə gəldikləri yerə getsinlər”.

 Pərvin ARZUQIZI 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39