Modern.az

Şəmkirdə kütləvi zəhərlənmə - 11 nəfər xəstəxanaya yerləşdirildi

Şəmkirdə kütləvi zəhərlənmə - 11 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə

Bu gün, 10:12

İyulun 15-də gecə saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hospitalizasiya olunanlardan 9-u qadın, 2-si isə kişidir.

Qeyd olunub ki, pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərilib.

"Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", – məlumatda bildirilib.

****

09:52

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi