Modern.az

Nazirliyə yeni öhdəlik verildi

Nazirliyə yeni öhdəlik verildi

25 İyun 2016, 10:56

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müəyyən edəcək müvafiq icra hakimiyyəti orqanı məlum olub.

 

Modern.az saytı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanda qeyd olunub.

 

Fərmana əsasən, hər il dekabrın sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edəcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır