Modern.az

Avropa Məhkəməsi 3 azərbaycanlı hakimin işinə BAXACAQ

Avropa Məhkəməsi 3 azərbaycanlı hakimin işinə BAXACAQ

Hadisə

28 Sentyabr 2016, 11:53

 

 

Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycan tərəfindən təqdim olunan 3 hakimin namizədliyi məsələsinə baxılacaq.

 

Modern.az-ın AŞPA-ya istinadən verdiyi məlumata görə, iclas sentyabrın 29-30-da Parisdə keçiriləcək.

 

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

 

Yekun qərarın oktyabr ayında AŞPA tərəfindən verilməsi gözlənilir. Xatırladaq ki, bundan əvvəl AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

 

Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!