Modern.az

Sabirabadda yol qəzası: Ölən var

Sabirabadda yol qəzası: Ölən var

Hadisə

Bu gün, 20:19

Sabirabadda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Modern.az xəbər verir ki, hadisə Qarağac kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad sakini, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi VAZ-2107 markalı, 77-TB-187 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1998-ci il təvəllüdlü Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı, 77-CB-690 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Sabirabad sakini Arif Paşayev, həmçinin "Nissan"ın sürücüsü Rəvanə Nəsirli, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

(Oxu)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!