Arxiv
26 Oktyabr 2016, 13:31 | HADİSƏ
Fəzail Ağamalı: “Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq...” - RUBRİKA

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
 

Modern.az saytının partiyalarla bağlı növbəti  rubrikasında Ana Vətən Partiyasından danışacağıq. Beləliklə “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.

 

Qısa arayış: Ana Vətən Partiyası 1990-cı ilin 24 noyabrında  yaradılıb. Partiyanın sədri deputat Fəzail Ağamalıdır.

 

“Heydər Əliyevçi olmağımı həzm edə bilmirdilər”

 

Fəzail Ağamalı deyir ki, partiyanın yaranması çox çətin bir dövrə təsadüf edirdi.

 

“Ana Vətən Partiyasının yaranma tarixi çətin dövrlərə təsadüf edir. “20 yanvar “ hadisələri baş vermişdi. Azərbaycanda komendant üsul-idarəsi hökm sürürdü. Həmin dövrdə  öndə gedən Azərbaycan Xalq Cəbhəsinə qarşı geniş hücum təşkil olunmuşdu. Azərbaycan Xalq Cəhəsinin yaranmasında fəal rol oynasam da, hücumlara məruz qalırdım. Həmin zamanlarda bir qrup cəbhəçi məni Xalq Cəbhəsinin Səbail təşkilatının rəhbərliyindən uzaqlaşdırmaq üçün kampaniyaya başladı.  Kampaniyada irəli sürülən əsas aparıcı amillərdən biri Heydər Əliyevçi olmağım idi. Bu ad altında mənə geniş hücumlar başladı. Mən də məcbur olub həm Xalq Cəbhəsindən, həm də üzvlükdən istefa verdim”.

 


Qabil Hüseynli ilə Fəzail Ağamalını nə birləşdirib?!

 

F.Ağamalının sözlərinə görə, partiyanın yaradılmasını təkbaşına həyata keçirməyib.

 

“Xalq Cəbhəsindən istefa versəm də,  milli azadlıq hərəkatından geri çəkilmək niyyətində deyildim. Həmin dövrdə politoloq Qabil Hüseynli ilə sıx əlaqələrimiz var idi. O, belə bir ideya irəli sürdü ki, bir partiya yaradaq və partiya vasitəsilə bu mübarizədə fəal iştirak edək. Nəhayət, belə qərara gəldik ki, partiyanın adını Ana Vətən Partiyası qoyaq. Qabil Hüseynli, partiyanın proqram və nizamnaməsini və  ilkin layihəsini hazırlamışdı. Həmçinin, layihənin hazılanmasında uzun müddət Ana Vətən Partiyasında fəaliyyət göstərən  indiki Texniki Universitetin dosenti Namiq Əliyevin  də hazırlamış olduğu proqram və nizamnamənin  son variantına baxdım, üzərində redaktələr  apardım. Beləliklə, 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyası yarandı. O zamankı  Çapayev küçəsində (indiki Təbriz küçəsi-red.) yerləşən  Xalq Cəbhəsinin qərargahında  böyük nümayəndə heyətinin iştirakı ilə təsis konfransını keçirdik. Sədr kimi namizədliyim irəli sürüldü. Beləliklə, partiyanın sədri seçildim”.

 

Niyə, məhz Ana Vətən Partiyası?!

 

Fəzail Ağamalının fikrincə, partiyanın adı özünü hər zaman doğrudub.

 

“Əslində, çox maraqlı sualdır. Ona görə partiyanın adının “Ana Vətən” seçilməsinə üstünlük verdik ki, təməl prinsiplərində də öz əksini tapsın. Biz Azərbaycanı bütöv görmək istəyirdik. Tarixi torpaqlarımızın  vahidlik ideyasını əsas götürdük. Bu ideya da ana, vətən anlamında özünü daha dolğun ifadə etdi  və Ana Vətən Partiyası adlandı. Ana Vətən Partiyası Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, möhkəmləndirilməsi uğrunda  barmaqla sayıla biləcək bir partiyadır. Bu istiqamətdə  öz töhfəsini verdi və indi də verir”.

 

“Pula əhəmiyyət verməmişik”

 

“Həmin vaxtlar mən işsiz idim. Hətta universitetdən də çıxarılmışdım. Həmin dövr elə bir zamana təsadüf edirdi ki, maliyyə həlledici rol oynamırdı. Bir növ fanatizm dövrü vardı. Hərəkata, xalqa, onun istiqlalına  sevgi var idi. Partiya yaranan zamanlarda içi mən qarışıq maliyyə haqqında düşünmürdük. Sonradan partiyanın aparatı, ofisi formalaşdı. Belə olan halda artıq maliyyəyə ehtiyac vardı. Məhdud imkanlarla partiya üzvlərinin maliyyə yardımı sayəsində çətinliklərin öhdəsindən gəldik. Sonrakı illərdə dişimlə, dırnağımla əldə etdiklərimi partiyanın ayaqda qalması üçün xərcləyirdim”.

 

“Ailəmdən böyük dəstək aldım”

 

O zamankı çətin dövrdə partiya yaratdığını deyən Fəzail Ağamalı  ailəsinin dəstəyindən də söz açıb.

 

“Ailədə partiya yaratmaq ideyasına qarşı birmənalı olaraq böyük dəstək var idi. Kimsə partiya yaratdığıma görə etiraz etməmişdi. Eyni zamanda, ailəmdən kənar adamların müqəddəs işdə mənə mane olmalarına imkan vermirdim. Baxmayaraq ki, rəhmətlik atam ehtiyatlanaraq məni bu yoldan çəkindirməyə çalışmışdı. Ciddi söhbətimizdən sonra bu məsələ də yoluna qoyuldu.  

 

Həmin dövrlərdə mənə maneçilik törədən Xalq Cəbhəsi və onun ayrı-ayrı üzvləri idi. Ən müxtəlif yollarla bu partiyanı gözdən salmağa çalışırdılar. Amma biz müqaviməti qıra bildik”.

 

 

Partiyanın ilk qadın üzvləri və toplaşdıqları məkan


Fəzail Ağamalı onu da deyib ki, ilk vaxtlarda hər şey çox çətin idi.

“İlk vaxtlarda  məktəblərdə toplaşırdıq. Bir neçə dəfə Xalq Cəbhəsinin qərargahında yığışmışdıq. Rəhmətlik Əbülfəz Elçibəy partiyanın yaranmasına çox müsbət yanaşırdı.

 

Həmçinin, Ana Vətən Partiyası yaranan ilk günlərdə qadın üzvləri də vardı. Düzdü, sayları o qədər də çox deyildi. Müəyyən müddət keçdikdən sonra qadınların da sayı çoxaldı. Əsasən, müəllimlər, həkimlər, tələbələr partiyamızın üzvləri idilər”. 

 

Namidə  BİNGÖL

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06 İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb 27 Sentyabr 2021, 09:00 Saat 12-00-da bütün yollarda hərəkət dayandırılacaq 27 Sentyabr 2021, 08:57 Bakıda yaşayış binasında yanğın olub 27 Sentyabr 2021, 08:50 Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilər 27 Sentyabr 2021, 08:43 II Qarabağ Müharibəsi niyə BAŞLADI… 27 Sentyabr 2021, 08:35 Xarici İşlər Nazirliyi "Anım günü bəyanatı" YAYDI 27 Sentyabr 2021, 08:24 Sürücülərin nəzərinə - Bu yollar bağlıdır 27 Sentyabr 2021, 08:17 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - FOTO 27 Sentyabr 2021, 08:11 Bu gün AŞPA-nın payız sessiyası başlayır 27 Sentyabr 2021, 08:06 “Qlobal həmrəylik bəşəriyyətin problemlərdən xilası ola bilər” 27 Sentyabr 2021, 08:00 İspaniyada vulkan lavaları 462 evi yandırıb 27 Sentyabr 2021, 00:50 Fransada Anım Günündən bəhs edildi 27 Sentyabr 2021, 00:33 Məşhur “Qaya” ansamblının İsraildə yaşayan üzvü vəfat etdi 27 Sentyabr 2021, 00:25 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov uduzdu 27 Sentyabr 2021, 00:25 Ceyhun Bayramovdan Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 00:08 Putinin Tayqadakı tətil VİDEOSU yayıldı: balıq tutdu, qayıq sürdü, şorba bişirdi... 27 Sentyabr 2021, 00:07 Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR 27 Sentyabr 2021, 00:00 Bu şəhərlərdə Anım Gününə həsr olunmuş aksiya təşkil edildi 26 Sentyabr 2021, 23:49 ABŞ əhalisinin 66%-i tam peyvəndlənib 26 Sentyabr 2021, 23:32 BMT binası qarşısında Anım Günü ilə bağlı aksiya keçirildi 26 Sentyabr 2021, 23:14 "Arsenal" "Tottenhem"i məğlub etdi 26 Sentyabr 2021, 22:52
SORĞU Hansı vaksinə etibar edirsiniz?