Modern.az

Rüfət Aslanlı: “Ən böyük problem kadr çatışmazlığıdır”

Rüfət Aslanlı: “Ən böyük problem kadr çatışmazlığıdır”

4 Noyabr 2016, 11:32

“Bu gün biz kapital bazarlarında çox effektiv bir yol çəkmişik. Bu yolda Formula-1 avtomobilini də sürmək olar”.

Modern.az xəbər verir ki,  Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsinin başa çatması münasibətilə təşkil edilmiş tədbirdə bildirib.

 

O deyib ki, hazırda əsas məsələ bu avtomobilləri sürəcək pilotların hazırlanmasıdır:

 

“Kapital bazarları ilə bağlı təşəbbüslər çoxdur. Biz bu təşəbbüslər arasında, ilk növbədə kapital bazarları üçün kadrların hazırlanması məsələsi üzərində dayanacağıq. Bu məsələ bizim üçün kritik əhəmiyyət daşıyır. Ən böyük çətinliyimiz kadr çatışmazlığıdır”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir