Arxiv
26 Noyabr 2016, 00:30 | AKTUAL
“Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır” - Komitə sədri

“Türkiyədə keçirilən beynəlxalq toplantı çox vacib tədbir idi. Bu, qısa müddətdə həmin ölkədə qadın hüquqları və qadın problemləri ilə bağlı ikinci böyük toplantıdır”. Modern.az saytı xəbər verir ki, bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin qeyri-hökumət təşkilatlarından biri ilə keçirdiyi toplantını şərh edərkən belə deyib.

Komitə sədri bildirib ki, beynəlxalq toplantıda Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək səviyyədə çıxış edib. "Ondan sonra nazirlərin toplantısında Azərbaycan təmsilçisi kimi mənə söz verildi. Ən vacib məsələlər, o cümlədən Azərbaycanda bu sahədə hansı irəliləyişlərin olması barədə məlumat verdim. Qeyd etdim ki, bu gün Azərbaycanda qadın hüquqları ilə bağlı zəruri layihələr hazırlanır".

Komitə sədri qeyd edib ki, Azərbaycan qadınları bütün dünyaya sübut edir ki, onlar müasir, dünyəvi, təhsilli və güclüdürlər: "Tədbirdə çox maraqlı fikir mübadiləsi aparıldı. Bir çox ölkələrin nümayəndələri çıxış etdi. Xüsusən qaçqın və köçkün problemləri müzakirə edildi. Biz də öz növbəmizdə konfrans iştirakçılarına Qarabağ problemi, qaçqın və məcburi köçkünlər haqda geniş məlumat verdik".

Hicran Hüseynova vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin yenidən cəmiyyətə qaytarmaq məsələsi Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi məsələlərdən biridir: "Ona görə ki, bu insanların bir çoxu psixoloji problemlərlə üzləşiblər. Onların çoxu doğmalarını, yaxınlarını itirib. Həmin insanların cəmiyyətdə özlərinə yer tapmaları, inkişafı üçün böyük işlər görülür. Dövlət qurumu olaraq biz də bu işlərin içindəyik və deyə bilərik ki, çox yaxşı nəticələr əldə edilir.

Qaçqın və məcburi köçkünlərimiz arasında yaxşı tanınmış xanımlarımız var. Onlar ayrı-ayrı sahələrdə, o cümlədən dövlət qurumlarında və qeyri-dövlət strukturlarında çalışırlar. Bu, onu göstərir ki, həmin təbəqələrdən olan insanlar yenidən cəmiyyətə qayıdıblar".

Türkiyədə keçirilmiş konfransda zorakılıq mövzusu ətrafında geniş müzakirələr aparılıb: "Bildiyiniz kimi noyabrda zorakılığa qarşı böyük kampaniya keçirilir. Azərbaycanda da bunu təşkil edirik. On altı günlük böyük kampaniya gedir.

Eləcə də dünyanın ayrı-ayrı ölkələrində tədibrlər təşkil olunur. Bu onu göstərir ki, qadınlar dünyada zorakılığa yox deyir.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Türkiyə qadınlarının üzləşdikləri bir sıra problemlər oxşardır. Biz bu gün Azərbaycanda qadınları tam şəkildə maarifləndirmişik. Təhsil dövlətin prioritet siyasətidir. Azərbaycanda çox az qadın tapılar ki, onların təhsili olmasın. Amma Türkiyə üçün bu, çox böyük problemdir. Həmin ölkənin əhalisi çoxdur. Həm bölgələrdə, həm də ucqar rayonlarda təhsilsiz qadınlar var. Onlar özləri də bunu qabardırlar. Digər tərəfdən Türkiyənin həmin təbəqələrlə işləmək təcrübəsi var".

 

Komitə sədri vurğulayıb ki, son zamanlar yaradılmış şəraitdən istifadə edən Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü 4 İyul 2020, 19:51 AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək 4 İyul 2020, 19:44 İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:38 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:22 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 18:47 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04