Arxiv
18 Fevral 2017, 09:05 | FOTOSÖHBƏT
General Məhəmməd Əsədovla gecikmiş FOTOSÖHBƏT

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 1 saylı trestdə betonçu işləyib.
1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.
1968-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.
1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.
1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1986-1988-ci illərdə Mərkəzi Komitədə inzibati orqanlar şöbəsinə müdirlik edib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1989-1990-cı illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olub.
 

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının daxili İşlər naziri vəzifəsinə təyin edilib. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər daxili işlər naziri vəzifəsində çalışır.

Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhəmməd Əsədov Şəhidlər xiyabanında dəfn edilib.



Məhəmməd Əsədov əsgərlikdə (1962-ci il).

Məhəmməd Əsədov dostları ilə birlikdə Şəkidə istirahətdə olarkən. (Şəki, 1966)

Şəkidə pambıqçılıq sahəsində ( Şəki, 1966)

Bu şəkil 1968-1969-cu ildə çəkilib.

Doğma kəndi Baharlıda. Gəncliyindən qalan şəkillərdən biri..

Sumqayıtda rəhbər vəzifədə...

Ağsu rayonunda keçirilən məhsul bayramında (1978-1980-ci illər)...

Məhəmməd Əsədov Moskvada (1981-ci il).

Məhəmməd Əsədovun əsgərlik dostu Rəhman Quliyevin Beyləqana onu görməyə gələndə çəkilən fotosu (1984-cü il).

Məhəmməd Əsədov ailəsi ilə birlikdə (1986-cı il).

Məhəmməd Əsədov –soldan dördüncü(1986-cı il)

Özbəkistanın pambıqçılıq naziri Ağsuya gəlib ...

Məhəmməd Əsədov xaricdən gələn jurnalistlərin suallarını cavablandırır.

Qurultay...

Daxili işlər naziri olarkən (1991-ci il).

Məhəmməd Əsədov partiya toplantısında-soldan birinci.

Məhəmməd Əsədov Moskvada qurultayda-stulda əyləşib.



Qurultay nümayəndəsi kimi...

Məhəmməd Əsədov Ağdaşda çıxışı zamanı.

Məhəmməd Əsədov iş başında.

Kəlbəcərdə olarkən. Polis əməkdaşlarına göstəriş verir...

Kəlbəcərdə (1990-1991-ci illər).

 Məhəmməd Əsədov Moskvada keçirilən XXVII qurultayda.

Sumqayətda veteranlarla görüş...

Məhəmməd Əsədov Kremldə qurultayda.

Məhəmməd Əsədov daxili işlər naziri olarkən...

Məhəmməd Əsədov Kəlbəcərdə (1990-1991-ci illər)

İşlə bağlı Moskvada olarkən.

Xaricdən gələn qonaqlarla Lənkəranda...



Mirmahmud KAZIMOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niyazi Bayramov Gəncə sakinlərinin problemlərini dinlədi 13 Aprel 2021, 12:07 Hesablama Palatası səhiyyə sahəsində yoxlamalara başlayıb - Vüqar Gülməmmədov 13 Aprel 2021, 12:20 Əli Məsimli: “Bu sahədə aşkarlanan 79 nöqsanın xeyli səbəbi var” 13 Aprel 2021, 12:15 Yerevan meri Azərbaycana GƏLİR 13 Aprel 2021, 12:13 “Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb” - İlham Əliyev 13 Aprel 2021, 12:10 Dünyanın ən böyük dovşanı oğurlandı – FOTO 13 Aprel 2021, 12:04 Əliyev Putinlə Şuşaya atılan “İsgəndər-M” raketini müzakirə edib 13 Aprel 2021, 11:58 Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I yazı 13 Aprel 2021, 11:54 Bakı Ali Neft Məktəbində  beynəlxalq konfrans - FOTOLAR 13 Aprel 2021, 11:51 Efir jurnalistikası koronavirusa hazır deyil - İDDİA 13 Aprel 2021, 11:50 Azərbaycanın on milyonuncu adamı - FOTOLAR 13 Aprel 2021, 11:49 Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi 13 Aprel 2021, 11:48 Azərbaycanda dəhşət - oğul anasını çəkiclə öldürdü 13 Aprel 2021, 11:43 Azərbaycanın sabiq və hazırkı XİN rəhbərləri GÖRÜŞDÜ 13 Aprel 2021, 11:38 Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ 13 Aprel 2021, 11:33 Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi” 13 Aprel 2021, 11:28 “Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17